Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda kartof yığımına başlanmışdır

19 iyul 2022 | 10:36

Kartofçuluq Tovuzda ənənəvi sahədir və rayonun iqtisadi potensialının əsas hissəsini təşkil edir. Hər il olduğu kimi bu il də rayonda kartofçuluğun inkişaf etdirilməsi istiqamətində nümunəvi işlər görülür, fermerlər bu sahəyə önəm verir, kartofçuluğu daha da inkişaf etdirirlər.

Bu il rayonda kartofçuluğun inkişafı məqsədilə 5947.1 ha ərazidə kartof səpini həyata keçirilmişdir. Bundan 95,6 hektar sahə toxumçuluğun inkişafı üçün ayrılmış və həmin sahələrə Marabel, Arizona, Kolomba-elit, Kolomba, Silvanna, Sagitta və Orkestr-R1 sortlarından ibarət toxumluq kartof əkilmişdir. Bu günə qədər 18687.5 ton məhsul yığılmışdır və məhsul yığımı davam edir. Avqust ayının sonuna kimi məhsul yığımının başa çatması planlaşdırılır. İlkin yığım onu göstərir ki, bu il məhsuldarlıq ötən ilkindən daha çox olacaqdır. Qeyd edək ki, bu il kartof yığımına 6 min nəfərdən çox mövsümi işçi cəlb olunub. Orta hesabla hər bir işçinin günlük gəliri 18-20 manat təşkil edir.  

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov kartofçuluqla məşğul olan bir sıra fermer təsərrüfatlarında və ayrı-ayrı kənd təsərrüfatı istehsalçılarının tarlalarında olaraq fermerlərin problemləri ilə maraqlanmış və onlara lazımi tövsiyələrini vermişdir.

Fermerlər və işçilər kartofçuluğun inkişafına göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər