Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda kartof yığımı uğurla davam edir

25 iyun 2026 | 16:25

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində ölkəmizdə aqrar sahənin inkişafı məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi, müasir texnologiyaların tətbiqi və fermerlərin fəaliyyətinin stimullaşdırılması qeyri-neft sektorunun aparıcı sahələrindən olan aqrar bölmənin dayanıqlı inkişafına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və kənd yerlərində məşğulluğun artırılmasına mühüm töhfə verir.

Aqrar sahənin ənənəvi istiqamətlərindən biri olan kartofçuluğun inkişafı da dövlət dəstəyi tədbirləri nəticəsində yeni mərhələyə qədəm qoyub. Tovuz rayonu kartofçuluğun geniş inkişaf etdiyi bölgələrdən biri olmaqla bu sahədə ölkənin aparıcı rayonları sırasında yer alır.

Cari ildə rayonda kartofçuluğun inkişafı məqsədilə 4270,1 hektar sahədə kartof əkini aparılmışdır. Hazırda məhsul yığımı uğurla davam edir. Bu günədək sahələrdən 4680 ton məhsul yığılmışdır. İlkin nəticələr məhsuldarlığın ötən illə müqayisədə daha yüksək olacağını göstərir.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov kartofçuluqla məşğul olan bir sıra fermer təsərrüfatlarında və kənd təsərrüfatı istehsalçılarının əkin sahələrində olmuş, məhsul yığımı prosesi ilə maraqlanmış, fermerlərlə görüşərək onların təklif və problemlərini dinləmiş, müvafiq tövsiyələrini vermişdir.

Fermerlər aqrar sahəyə göstərilən diqqət və qayğıya, kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü dövlət siyasətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.

 

 

 

Keçidlər