Tovuzda “İxrac Neft Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə” Komissiyasının yekun hesabatı keçirilmişdir
Tovuz rayon İcra Hakimiyyətində yaradılmış “İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə” Komissiyasının 2023-ci il ərzində fəaliyyəti, gördüyü işlər, qarşıda duran məsələlər barədə hesabat iclası keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini, “İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə” Komissiyasının sədri Rəşad Zeynalov bildirdi ki, müstəqil Azərbaycanı müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün ümummilli lider Heydər Əliyev gələcək siyasi-iqtisadi islahatların köklü transformasiyasının əsası olacaq neft strategiyasını müəyyənləşdirdi. Bu strategiya xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, xam neftin daşınması yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə olunmasını və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edib. Ulu Öndərin neft-qaz siyasəti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd etmək olar ki, Ötən dövr ərzində ixrac neft və qaz boru kəmərlərinin rayon ərazisindən keçən hissəsinin etibarlı mühafizəsi ilə əlaqədar hər hansı bir xoşagəlməz hadisə baş verməmişdir. Bunu ixrac neft və qaz boru kəmərlərinin marşrutu boyunca yerləşən yaşayış məntəqələrində əhali ilə müvafiq Komissiya üzvlərinin mütəmadi görüşlərinin müsbət nəticəsi kimi qiymətləndirmək olar.
Daha sonra “İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi”-nin Ağstafa Regional İdarəsinin rəis müavini Daşqın Nağıyev, BP-nin Azərbaycan Şirkətinin Quruda İxrac Əməliyyatları üzrə təhlükəsizlik meneceri Əbdülqadir Hüseynli və Sərhəd Qoşunlarının N saylı hərbi hissənin əməliyyat axtarış şöbəsinin rəisi Zaur Fətahov çıxış edərək Komissiyanın gördüyü işlər barədə geniş məlumatlar verdilər. Hər hansı fövqəladə hallarda bütün təhlükəsizlik məsələlərinin məhz Komissiya tərəfindən koordinasiya olunduğunu qeyd etdi.
Sonda bütün çıxış edənlər Komissiyanın 2023-cü il ərzində gördüyü işlərin qənaətbəxş hesab olunmasını təklif etdilər.