Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “İxrac Neft Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə” Komissiyasının yekun hesabatı keçirilib

19 dekabr 2024 | 18:44

Tovuz rayon İcra Hakimiyyətində yaradılmış “İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə” Komissiyasının 2024-cü il ərzində fəaliyyəti, gördüyü işlər, qarşıda duran məsələlər barədə hesabat iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov  bildirdi ki, cari il ərzində ixrac neft və qaz boru kəmərlərinin rayon ərazisindən keçən hissəsinin etibarlı mühafizəsi ilə əlaqədar hər hansı bir xoşagəlməz hadisə baş verməmişdir. Bunu ixrac neft və qaz boru kəmərlərinin marşrutu boyunca yerləşən yaşayış məntəqələrində əhali ilə müvafiq Komissiya üzvlərinin mütəmadi görüşlərinin müsbət nəticəsi kimi qiymətləndirmək olar.

Daha sonra Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin  Ağstafa Regional İdarəsinin rəis Nicat Həsənov, BP-nin Azərbaycan Şirkətinin Quruda İxrac Əməliyyatları üzrə təhlükəsizlik meneceri Əbdülqadir Hüseynli çıxış edərək Komissiyanın gördüyü işlər barədə geniş məlumatlar verdilər. Hər hansı fövqəladə hallarda bütün təhlükəsizlik məsələlərinin məhz Komissiya tərəfindən koordinasiya olunduğunu qeyd etdi.

Sonda bütün çıxış edənlər Komissiyanın 2024-cü il ərzində gördüyü işlərin qənaətbəxş hesab olunmasını təklif etdilər.

 

 

 

Keçidlər