Tovuzda “İxrac Neft Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə” Komissiyanın iclası keçirilib
Tovuz rayon İcra Hakimiyyətində yaradılmış “İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə” Komissiyasının 2025-ci ilin birinci yarımillik hesabat iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov bildirdi ki, 2025-ci ilin ilk altı ayı ərzində ixrac neft və qaz boru kəmərlərinin rayon ərazisindən keçən hissəsinin etibarlı mühafizəsi ilə əlaqədar hər hansı bir xoşagəlməz hadisə baş verməmişdir. Bunu ixrac neft və qaz boru kəmərlərinin marşrutu boyunca yerləşən yaşayış məntəqələrində əhali ilə müvafiq Komissiya üzvlərinin mütəmadi görüşlərinin müsbət nəticəsi kimi qiymətləndirmək olar.
Daha sonra Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa Regional İdarəsinin rəis Nicat Həsənov, BP-nin Azərbaycan Şirkətinin Quruda İxrac Əməliyyatları üzrə təhlükəsizlik meneceri Əbdülqadir Hüseynli və DSX Sərhəd Qoşunları Şəmkir Sərhəd Dəstəsinin Əməliyyat-axtarış şöbəsinin rəisi Zaur Fəttahov çıxış edərək Komissiyanın gördüyü işlər barədə geniş məlumatlar verdilər. Bütün güc strukturları və vətəndaşların kəmərlərin təhlükəsizliyi üçün səfərbər olunmasının və həmin ərazilərdə təsərrüfat və digər işlərin aparılması üçün müvafiq icazələrin alınmasının vacibliyi qeyd edilmişdir. Hər hansı fövqəladə hallarda bütün təhlükəsizlik məsələlərinin məhz Komissiya tərəfindən koordinasiya olunduğunu xüsusilə vurğulanmışlar.
Komissiyanın iclası müzakirələrlə davam etdirilmişdir. Sonda bütün çıxış edənlər Komissiyanın 2025-ci ilin birinci yarım illiyi ərzində gördüyü işlərin qənaətbəxş hesab olunmasını təklif etdilər.






