Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda "İstedadlı gənclərin sorağında" adlı tədbir keçirilib

28 avqust 2023 | 10:20

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Maliyyə Dəstəyi ilə "İstedadları tanıyaq və tanıdaq" İB-nin "Regionlarda istedadlı gənclərin inkişafı istiqamətində tədbirlərin keçirilməsi" adlı layihəsi ilk olaraq Tovuzda reallaşdırılıb.

Tovuz rayon Tarix-Diyarşünaslıq muzeyində keçirilən "İstedadlı gənclərin sorağında" adlı tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin, Qazax -Tovuz Regional Mədəniyyət İdarəsinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.  Qazax, Ağstafa, Tovuz rayonlarından 7 yaşdan 77 yaşadək İstedadların müxtəlif nominasiyalar üzrə  əl işləri, rəsmlərdən ibarət sərgiləri təqdim olunub və aşıq sənəti, nəfəs alətləri,  bədii qiraət, musiqi ifaçılığı üzrə  çıxışlar dinlənilib. Təşkilat sədri Vüsalə Sadıqova çıxış edərək dövlətin istedadlı uşaq və gənclərə diqqət və qayğısını vurğuladı və  bütün iştirakçılara uğurlar arzuladı.

Layihənin məqsədi, istedadlı və bacarıqlı şəxsləri üzə çıxarmaq üçün tədbirlər keçirmək və sərgilər təşkil etmək, həmçinin şəhər və rayonda yaşayan istedadlar arasında təməli möhkəm olan və davamlılığı qorumağı bacaran dostuq körpüsü yarada bilmək, vətənpərvər ruhda inkişaflarına dəstək olmaq, pis vərdişlərdən uzaqlaşdıraraq asudə vatlarını səmərəli təşkil etmək,  ictimai fəallıqlarını artırılmasına dəstək olmaqdır.

Tədbirdə çıxış edən iştirakçılar arasında fərqlənənlər Bakı şəhərində diplom və sertifikatla mükafatlandırılacaqlar.

Bununla yanaşı, tədbir iştirakçılarının  davamlı olaraq Azərbaycanın tanınmış simaları ilə görüşləri də təşkil olunacaqdır.

Keçidlər