Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

12 iyun 2024 | 17:43

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ənənəvi olaraq hər il olduğu kimi 2024-cü ilin 18 may – 18 iyun tarixləri ölkəmizdə “İnsan hüquqları aylığı” elan olunub.

Tovuz Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.

Tədbirdə RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi polkovnik Anar Rəhimov, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, rayon Polis Şöbəsinin rəis müavini polis polkovnik-leytenantı Vahid Aslanov, RİH başçısı apartının Hüquq şöbəsinin müdir əvəzi Oruc Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin zabiti leytenant Mirəli Babayev və Tovuz Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova çıxış edərək insan hüquq və azadlıqlarının təmin edilməsinin müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsinə çevrildiyini, Azərbaycanda aparılan demokratik hüquqi islahatların insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaratdığını bildiriblər.

Sonda “İnsan hüquq və azadlıqları” mövzusunda videoçarx nümayiş etdirilib.

Keçidlər