Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

09 iyun 2023 | 17:54

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ənənəvi olaraq hər il olduğu kimi 2023-cü ilin 18 may – 18 iyun tarixləri ölkəmizdə “İnsan hüquqları aylığı” elan olunub.

Tovuz rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.

Tədbirdə RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Tariyel Məmmədov, rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Tovuz RİH başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Aqşin Həsənov, Tovuz rayon Məhkəməsinin əməkdaşı Natiq Ələsgərov, Tovuz rayon Prokurorluğunun əməkdaşı Natiq Əmirov, Tovuz rayon Polis şöbəsinin əməkdaşı İlham Məmmədov çıxış edərək insan hüquq və azadlıqlarının təmin edilməsinin müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsinə çevrildiyini, Azərbaycanda aparılan demokratik hüquqi islahatların insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaratdığını bildiriblər. Tədbirin eyni zamanda “Heydər Əliyev ili” çərçivəsində baş tutduğunu, insan hüquqları amilinin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyətinin əsası olduğunu qeyd ediblər.

 

Keçidlər