Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda ikili diplom proqramının akademik heyəti fermerlərlə görüşüb

10 iyun 2024 | 18:07

Tovuz Rayon İcra Hakimiyyətinin, Türkiyə Respublikasının Gəncədəki Baş konsulluğunun və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birgə təşkilatçılığı ilə Tovuz rayonundan olan fermerlər ilə maarifləndirici görüş keçirilib.

Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində ADAU-ya dərs tədris etmək üçün gələn Ege Universitetinin bir qrup professor-müəllim heyəti fermerlərlə birgə kartofçuluq sahəsində innovativ üsulların tətbiqi və bitki xəstəliklərinə qarşı mübarizə üsulları ilə bağlı müzakirələr aparıblar. Sonra kartofçuluqla məşğul olan bir neçə fermerə məxsus əkin sahələrinə baxış keçirilib.

Keçidlər