Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda iftar süfrəsi təşkil edildi

17 mart 2025 | 21:19

Tovuz rayon İcra Hakimiyyətinin tərəfindən Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb.

Təşkil olunan iftar mərasimində rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhid ailələrinin üzvləri, qazilər, rayon ağsaqqalları,  ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə “Qurani-Kərim”dən ayələr, Ramazan duası və Vətən uğrunda canından keçən şəhidlərimizin ruhlarına dualar oxunub.

 

Keçidlər