Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda icra başçısının növbəti səyyar qəbulu Əlibəyli kəndində keçirilib

26 may 2022 | 09:17

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov səyyar qəbul zamanı rayonun Əlibəyli kəndinin sakinləri ilə görüşüb.

Əlibəyli kənd İƏD üzrə nümayəndəliyin inzibati binasında təşkil olunan səyyar qəbulda hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Əlibəyli kənd sakinləri qarşısında çıxış edən M. Məmmədov bildirib ki, Əlibəyli kəndinin adı hər yerdə qəhrəman kənd olaraq qeyd olunur. Bunun səbəbi kənd sakinlərinin Ermənistanla sərhəddə qəhrəmanlıq nümayiş etdirərək bu günə kimi bir qarış torpaq verməməsində önəmli rol oynaması olub. İcra başçısı 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin tarixi əhəmiyyətindən, postmüharibə dövründə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə görülən işlərdən bəhs edib. Regionların sosial-iqtisadi inkişafı üçün ölkənin hər yerində, o cümlədən Tovuzda həyata keçirilən layihələri kənd sakinlərinin diqqətinə çatdırıb.

Sonra Əlibəyli kənd sakinlərini maraqlandıran məsələlər dinlənilib, onların problemləri eşidilib, edilən müraciətlər ilə bağlı aidiyyatı tapşırıqlar verilib. Kənd sakinlərinin bəzi müraciətləri yerində həll olunub, bəzilərinin icrası isə nəzarətə götürülüb.

Əlibəyli kənd sakinləri sərhəd kəndinə göstərilən böyük diqqət-qayğıya və rayonumuzun günü-gündən inkişafına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını bildiriblər.

Keçidlər