Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda "Hüquqlarını bil və faydalan" mövzusunda tədbir keçirilib

10 iyun 2025 | 17:13

Tovuz rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Tovuz rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində "İnsan hüquqları aylığı" ilə bağlı "Hüquqlarını bil və faydalan" mövzusunda tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümumilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin məsul işçisi Tofiq Əliyev, Tovuz rayon polis şöbəsinin əməkdaşı, polis mayoru İlham Məmmədov, Tarix-Diyarşünaslıq Muzeyinin  direktoru Günel Qasımova,  Düz Qırıqlı kənd uşaq musiqi məktəbinin direktoru Xəyal Nağıyev, Mərkəzi kitabxananın əməkdaşı  Aynurə Yəhyayeva çıxış edərək insan hüquqları sahəsində görülmüş işlərdən, insan və vətəndaş hüquqlarının təmin edilməsi sahəsində qəbul edilmiş sənədlərdən danışdılar və qeyd etdilər ki, hal-hazırda Azərbaycanda insan hüquqlarının təminatı sahəsində ölkəmiz dünyaya nümunə ola biləcək məkandır. Bugünkü Azərbaycan vətəndaşı hüquqlarını bilən və onun təminatı üçün hər şeyi tələb edən mübariz vətəndaşdır. Bu imkanı yaradan isə dövlətdir. Ümummilli Lider Heydər Əliyevin insan hüquqlarının qorunması istiqamətində həyata keçirdiyi siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

         

Keçidlər