Tovuzda heyvandarlıqla məşğul olan sahibkarlarla görüş keçirilib
Tovuz Rayon İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə Tovuz şəhəri Heydər Əliyev Mərkəzində heyvandarlıqla məşğul olan sahibkarlıq subyektləri ilə görüş keçirilib.
Görüşdə Tovuz rayon İcra Hakimiyyətinin, Qida Təhlükəsizlik Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesterinin, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin və digər aidiyyəti qurumlarının nümayəndələri, eləcə də regionda heyvandarlıq sahəsində fəaliyyət göstərən 30-a yaxın sahibkarlıq subyekti iştirak edib.
Tədbirdə KOBİA, Aqrar Xidmətlər Agentliyinin və Qida Təhlükəsizlik Agentliyinin nümayəndələri tərəfindən müvafiq sahə üzrə həyata keçirilən layihələr barəsində məlumat verilib, heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təklifləri dinlənilib, dövlət dəstəyi mexanizmləri, o cümlədən güzəştli kreditlərdən istifadə, KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.