Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Heydər Əliyevin anım günü ərəfəsində məktəblilər Ulu Öndərin adını daşıyan mərkəzi ziyarət ediblər

07 dekabr 2022 | 17:45

Müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin Anım günü ərəfəsində məktəb şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası keçirilib.

Heydər Əliyev Mərkəzinə gələn şagirdlər Dahi Liderimizin fəaliyyətini əks etdirən kitab və jurnalların sərgisi ilə tanış olublar. Şagirdlərə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş, dolğun məlumat verilib.

Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranması və inkişafında həyata keçirdiyi əvəzsiz xidmətlərdən, ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki rolundan bəhs edilib.

Keçidlər