Tovuzda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ölkəmiz Dahilər Yurdudur” adı konsert keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin və Ağstafa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı təşkil olunan "Ölkəmiz Dahilər Yurdudur" adlı konsert proqramı Nizami adına Tovuz rayon Mədəniyyət evində rayon ictimaiyyətinə təqdim olunub.
Konsert proqramında regionun mədəniyyət işçilərinin ifasında bəstəkar və xalq mahnıları, rəqslər, şagirdlərin xor kollektiv və gitaraçılardan ibarət ansamblın çıxışları alqışlarla qarşılanıb.
2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar keçirilən silsilə tədbirlərdən olan "Ölkəmiz Dahilər Yurdudur" adlı konsert regionda Ümummilli lider Heydər Əliyev şəxsiyyətinə sevgi aşılamaqla gənc nəslin musiqi və incəsənət sahəsində inkişafının dəstəklənməsinə istiqamətlənib.