Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı konsert proqramı keçiriləcək

06 may 2023 | 10:52

10 may 2023-cü il tarixdə, saat 18:00-da Tovuz şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçiriləcəkdir.
Tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Nazpəri Dostəliyeva, Əməkdar artist Aybəniz Haşımova və Çinarə Məlikzadə, Elnur Məmmədov, Əbdül Xalid, Ləman Əliyeva, Ellada Eyvazova, Barış Kömürçüoğlu, Naira Seyidova, Ayaz Qasımov, “Atəş” rəqs qrupu iştirak edəcəklər. Tədbirin sonunda atəşfəşanlıq olacaqdır.
Tovuz Rayon İcra Hakimiyyəti rayon sakinlərini və rayonumuzun qonaqlarını konsertə dəvət edir.

 

Keçidlər