Tovuzda "Heydər Əliyev və Azərbaycanda dövlət-din modeli" mövzusunda tədbir keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda dövlət-din modeli " mövzusunda tədbir keçirilib.
Tədbirdə Tovuz RİH-nin məsul əməkdaşı Akif Ələkbərov, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, rayonun təhsil işçiləri və gənclər iştirak ediblər.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunub. Vurğulanıb ki, Azərbaycanın təməl prinsiplərini Ümummilli Liderin ideyaları təşkil edən bugünkü nümunəvi dövlət-din, tolerantlıq modeli öz bəhrəsini verir. Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində qoyduğu siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bu nümunə dünya ölkələri tərəfindən nümunəvi model kimi qəbul olunur.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.