Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda  “Heydər Əliyev və Azərbaycan mədəniyyəti: Qorunan irs, inkişaf edən sənət” mövzusunda tədbir keçirilib

11 aprel 2025 | 20:09

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Tovuz Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Tovuz Rayon Təşkilatı və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti: Qorunan irs, inkişaf edən sənət” mövzusunda tədbir keçirilib.

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov və rayonun mədəniyyət işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad etmişlər.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.

Daha sonra mədəniyyət tariximizdən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti: Qorunan irs, inkişaf edən sənət” mövzusunda məruzəsi ilə çıxış edən  YAP Tovuz Rayon Təşkilatının sədri Nihad Pənahov Ulu Öndər Heydər Əliyevin milli-mədəni dəyərlərin qorunması və inkişafı istiqamətində apardığı məqsədyönlü siyasətin əhəmiyyətindən bəhs etmiş, onun rəhbərliyi ilə milli mədəniyyətin müxtəlif sahələrində əldə olunan uğurlar barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. O, həmçinin qeyd etmişdir ki, bu siyasət bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

 Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova öz çıxışında Ulu Öndər Heydər Əliyevin mədəniyyət sahəsində gördüyü işlərin əhəmiyyətindən danışaraq qeyd edib ki, Ümummilli Liderin rəhbərliyi dövründə Azərbaycan mədəniyyətinə göstərilən diqqət və qayğı milli irsimizin qorunmasına və inkişafına böyük töhfə vermişdir. Təranə Bayramova bildirib ki, Heydər Əliyev mədəniyyəti millətin yaddaşı, kimliyi və mənəvi dayağı kimi dəyərləndirərək bu sahənin inkişafına sistemli yanaşmanı əsas tutmuşdur. O, əlavə edib ki, bu siyasətin bu gün də ölkə rəhbərliyi tərəfindən davam etdirilməsi regionlarda mədəni mühitin inkişafına mühüm təsir göstərir.

 Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbinin direktoru Xəyal Nağıyev, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Günel Qasımova, MKS-nin (Mərkəzləşdirilmiş Kitabxana Sistemi) şöbə müdiri Aynurə Yahyayeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğının hər zaman sistemli və davamlı şəkildə həyata keçirildiyini vurğulayaraq qeyd ediblər ki, bu siyasət nəticəsində ölkənin müxtəlif bölgələrində mədəniyyət mərkəzləri, muzeylər və digər mədəniyyət ocaqları yaradılmış, milli-mədəni irsin qorunması istiqamətində mühüm işlər görülmüşdür. Bu siyasət bu gün də uğurla davam etdirilir və regionlarda mədəni həyatın canlanmasına xüsusi töhfə verir.

Tədbirin sonunda Tovuz rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilmiş, sonra tədbir mədəniyyət ustalarının ifaları ilə davam etdirilib.

           

 

Keçidlər