Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Heydər Əliyev və Azərbaycan gəncliyi”  mövzusunda  dəyirmi masa keçirilib

01 fevral 2023 | 16:50

Tovuz rayon Heydər Əliyev Mərkəzində Tovuz rayon İcra Hakimiyyətinin, YAP Tovuz rayon təşkilatının və Heydər Əliyev Mərkəzinin  birgə təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gəncləri günü” ərəfəsində  “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda  dəyirmi masa keçirilib.

İlk öncə dəyirmi masa iştirakçıları Heydər Əliyev mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Dəyirmi masada rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova,YAP   rayon təşkilatının sədri Nihad Pənahov  və gənclər iştirak ediblər.

Dəyirmi masada Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən RİH başçısının müavini Təranə Bayramova  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış gənclər siyasətinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dövrün tələbləri və əsrin çağırışları nəzərə alınmaqla uğurla davam etdirilməsindən, müstəqil Azərbaycanın layiqli vətəndaşları yetişdirilməsi üçün gənclərin hərtərəfli qayğı ilə əhatə olunmasından, Azərbaycan gənclərinin ölkəmizdə nümunəvi təhsil alıb həyatda öz layiqli yerlərini tutması ilə yanaşı dünyanın aparıcı universitetlərində təhsil almaları üçün həyata keçirilən Dövlət Proqramlarından  danışıb.

Sonra Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov çıxışına Ulu Öndərin "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir" kəlamı ilə başlayaraq bildirmişdir ki, Azərbaycan gəncləri fəal surətdə ölkədə gedən ictimai-siyasi proseslərə qoşulur, yaxşı təhsil almağa çalışır, ordu sıralarında borclarını şərəflə yerinə yetirir, yüksək idman nailiyyətləri qazanırlar. Bütün bunlar respublikamızda Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin təntənəsi olduğunu vurğuladı. Hazırda bu siyasəti uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyev ölkənin iqtisadi yüksəlişinin açdığı imkanlardan, ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük meydan verilməsindən danışaraq gənclərimizi bu imkanlardan yararlanmağa, cəmiyyətin inkişaf prosesinə əsas hərəkətverici qüvvə kimi çevrilməyə çağırdı.

Tovuz Peşə liseyinin direktor müavini Sərxan Musayev,Mərkəzi kitabxanın əməkdaşı fəal gənc Mehdizadə Rüfanə və Tovuz Peşə Liseyinin tələbəsi İsmayılova Şəbnəm öz çıxışlarında Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olduğunu bildirərək bu gün bu siyasətin nəticəsi olaraq Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri olan 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdıraraq onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdiyini, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşduğunu bildiriblər.

Daha sonra 2022-ci ildə fərqlənən gənclərə Yeni Azərbaycan Partiyasının  fəxri fərmanları  təqdim olunub.

 

 

 

 

 

Keçidlər