Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Heydər Əliyev Mərkəzində Tovuz KOB dostu ofisinin açılması ilə əlaqədar görüş keçirilib.

03 oktyabr 2022 | 10:04

Tovuz rayon İcra Hakimiyyətinin inzibati binasında Tovuz KOB dostu ofisinin fəaliyyətə başlaması ilə əlaqədar görüş keçirilmişdir. Keçirilən görüşdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tovuz RİH başçısı Məmməd Məmmədov çıxış edərək rayonunun iqtisadi potensialının geniş olduğunu bildirmiş, sahibkarlıq  fəaliyyəti üçün əlverişli imkanların mövcudluğu nəzərə alınaraq KOB dostunun fəaliyyətə başlamasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Görüş zamanı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov biznesə yerində dəstəyin təmin olunması baxımından KOB dostlarının fəaliyyətinin önəmini qeyd edib, effektiv dəstək mexanizmi kimi KOB dostlarının regionlarda sahibkarlığın inkişafına və biznesin qarşılaşdığı çətinliklərin operativ həllinə öz töhfəsini verdiyini vurğulayıb. Sahibkarlar KOB dostu ilə sıx əməkdaşlığa dəvət olunub.

Görüş çərçivəsində KOBİA-nın Tovuz üzrə Kiçik və Orta Biznesin dostu – KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim olunub, Agentlik tərəfindən KOB-lara göstərilən dəstək mexanizmləri barədə filmlər nümayiş olunub və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Qeyd etmək lazımdır ki, Tovuz üzrə KOB dostu ofisi Heydər Əliyev Mərkəzində yerləşir və həmin ofisdə sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb.

Keçidlər