Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda "Heydər Əliyev İli"nə həsr olunmuş Tovuz rayon futbol çempionatının final oyunu keçirilib

19 avqust 2023 | 19:55

Tovuz Rayon İcra Hakimiyyətinin, Futbolun İnkişaf Fondunun, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Tovuz şəhər stadionunda "Heydər Əliyev İli"nə həsr olunmuş Tovuz rayon futbol çempionatının final qarşılaşması  “Qovlar” – “Bozalqanlı” komandaları arasında baş tutub.

Qarşılaşmadan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra  Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra  komandalar arasında  final qarşılaşması başlayıb. Qarşılaşma 1:0 hesabı ilə “Qovlar” komandasının qələbəsi ilə başa çatıb. İkinci yeri Bozalqanlı kəndinin “Bozalqanlı” komandası, üçüncü yeri isə Alakol və Düz Qırıqlı kəndlərinin komandaları bölüşüblər.

Qarşılaşmanın sonunda Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov qalib komandaları təbrik edərək qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş futbol turnirinin keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, onların öz asudə vaxtlarını səmərəli keçirməsini təmin etməkdən ibarət olub. Bütün sahələrdə olduğu kimi Ümummilli Lider Heydər Əliyevin gənclər və idman sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycanda gənclərin bilikli, elmli, sağlam və vətənpərvər ruhda yetişməsi istiqamətində xüsusi tədbirlər həyata keçirilib. Bu gün dahi şəxsiyyətin apardığı gənclər siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın bayrağı beynəlxalq kürsülərdə dalğalanır və idmançılarımız saysız-hesabsız uğurlara imza atır.

Daha sonra ilk 3 yeri tutan komandalara RİH tərəfindən təsis edilmiş kubok və medallar təqdim edilib.

Sonda xatirə şəkli çəkilib.

Keçidlər