Tovuzda “Heydər Əliyev ili” çərçivəsində "Ulu Öndər Heydər Əliyevin Qarabağ siyasəti" mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli " elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə əlaqədar olaraq Tovuz rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Tovuz Rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə "Ulu Öndər Heydər Əliyevin Qarabağ siyasəti" mövzusunda toplantı keçirilib.
Tədbirdə Tovuz RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Tariyel Məmmədov, Tovuz Rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Vasif Abdullayev Ulu Öndərin Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar həyata keçirdiyi uzaqgörən siyasəti haqqında ümumi məlumat verib. Daha sonra mövzu ətrafında rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Yaşar Orucov, YAP Tovuz rayon Təşkilatının sədr müavini İlqar Kərimov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin əməkdaşı Novruz Hümbətli, Tovuz Peşə Liseyinin direktor müavini Sərxan Musayev çıxışlar ediblər.
Tədbirin sonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.