Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Heydər Əliyev ili” çərçivəsində “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” və “Ata vəsiyyəti və İnamlı Zəfər”mövzularında tədbir keçirilib

06 noyabr 2023 | 18:11

Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə“Heydər Əliyev ili” çərçivəsində “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” və “Ata vəsiyyəti və İnamlı Zəfər”mövzularında tədbir keçirilib.

Nizami adına Mədəniyyət evində keçirilən tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə-müəssisə  rəhbərləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi ziyarət olunub və önünə gül dəstələri qoyulub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir açıq elan olunub.   Tədbiri giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov bildirmişdir ki, Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur.  Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq. Bunu demək yerinə düşər ki, hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev, əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu. Azərbaycan xalqının ümummilli lideri  müasir dünya tarixinə parlaq və silinməz  iz qoymuş  böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu öndərin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi,  qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Eyni zamanda onun yeritdiyi idarəçilik siyasəti  özünün müdriklik keyfiyyətləri ilə diqqəti cəlb edir. Həm də xüsusilə vurğulamalıyıq ki, Heydər Əliyev müdrik siyasətçi, Lider zirvəsinə  pillə-pillə, ömür sınaqları və iş təcrübələrindən inamla çıxmaqla, yüksək peşəkarlığa yiyələnməklə ucalmışdır. “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar” deyən dahi Heydər Əliyevin bu müdrik kəlamı hazırda ölkəmizin timsalında reallığa çevrilib. Xoşbəxtik ki, indi bizim güclü Azərbaycanımız var. Ulu Öndər Heydər Əliyevin ideyaları, Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin, yenilməz xalqımızın sayəsində Azərbaycan Zəfər ruhuyla böyük gələcəyə doğru addımlamaqdadır.

Daha sonra tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Tovuz Rayon Təşkilatının sədr müavini İlqar Kərimov, Vətən Müharibəsi iştirakçısı zabit Nurlan Alxasov, Peşə məktəbinin direktor müavini Sərxan Musayev, E.Məmmədov adına Tovuz şəhər tam orta məktəbin direktoru Nizami Qasımov, “Tovuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin həkimi Aybəniz Dəmirov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının Yanıqlı kənd İƏD üzrə nümayəndəsi Yaqub Qasımov Tarixi Zəfərin Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçilik ənənələrinin yaradılması və möhkəmləndiriməsi, hüquqi dövlət quruculuğu, milli iqtisadiyyatın dirçəldilməsi və inkişaf etdirilməsi istiqamətində görülmüş irimiqyaslı işlərdən başlamasını bildirdilər.  Qeyd olundu ki, Zəfər tariximiz həm də ata vəsiyyətinin reallaşdırılması tarixidir. Bunu hər bir azərbaycanlı böyük qürur hissi ilə qeyd edir. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” , “Biz hökmən Qarabağa qayıdacağıq!” deyən Ulu Öndərin böyük arzularını möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız böyük iradə, siyasi və hərbi ustalıqla reallaşdırdı.

Sonda “Heydər Əliyev və 44 günlük Zəfər yolu” adlı sənədli filmə baxış keçirilib.

 

 

 

Keçidlər