Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda "Heydər Əliyev İli" çərçivəsində sərbəst güləş idman növü üzrə turnir keçirilib

24 iyul 2023 | 16:24

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar 22-23 iyul 2023-cü il tarixlərdə Tovuz Olimpiya İdman Kompleksində yeniyetmə idmançılar arasında sərbəst güləş idman növü üzrə Tovuz rayon açıq turniri keçirilmişdir.

Turnirin açılış mərasimində Tovuz RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Oruc Məmmədov, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Tovuz Rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev, ictimaiyyət nümayəndələri və idman həvəskarları iştirak etmişlər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Tovuz, Qazax, Şəmkir rayonları və Gəncə şəhərindən ümumilikdə 110 idmançının iştirak etdiyi turnirin sonunda komanda hesabında I yerə Tovuz rayonunun, ll yerə Gəncə şəhərinin, lll yerə isə Qazax rayonunun komandası layiq görülmüşdür. Qalib olmuş idmançılar müvafiq çəkilərə uyğun olaraq medal və diplomlarla təltif olunmuşlar.

Keçidlər