Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Heydər Əliyev ili” çərçivəsində “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib

09 iyun 2023 | 18:02

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında  “Heydər Əliyev ili” çərçivəsində “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

RİH başçısı Məmməd Məmmədov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə həyata keçirdiyi misilsiz xidmətləri ilə Azərbaycan xalqının xilaskarına çevrildiyini bildirib. Ümummilli Liderin siyasi hakimiyyətə gəlişi və bu siyasi epoxanın uğurlu nəticələrindən söz açan Məmməd Məmmədov, Azərbaycanın iqtisadi inkişafından, diplomatik məharətlə qazanılan nailiyyətlərdən, ordu quruculuğu və siyasət meydanında atılan müvəffəq addımlardan bəhs edib.

Daha sonra Tovuz rayon Prokuroru Maarif Hüseynov “Müstəqil Azərbaycanda hüquqi dövlət quruculuğu”, Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz Rayon Təhsil sektorunun  müdiri Elmira Mürşüdlü “Heydər Əliyev və Azərbaycanda təhsilin intibah dövrü”, Tovuz Dövlət Sosial-iqtisad kollecinin direktoru Rizvan Qənbərov “15 iyun Azərbaycan xalqının Milli Qurtuluş və xilas günüdür” mövzusunda çıxış ediblər.

Sonda əməkdar müəllim, kimya elmləri doktoru Talıb Mahmudov  çıxış edərək Ulu Öndər Heydər Əliyevin həm də böyük bir elm adamı olduğunu bildirib. O, qeyd edib ki, Dahi şəxsiyyətin müdrik siyasətinin dərinliyi onun  elmi prinsiplər üzərində qurulması və intellektual potensiala arxalanması idi.

Keçidlər