Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Heydər Əliyev İli” çərçivəsində "Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır" mövzusunda tədbir keçirilib

21 sentyabr 2023 | 10:15

Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş  “Əsrin müqaviləsi” tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib.

Nizami adına Mədəniyyət evində keçirilən tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Arzu Nağıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi ziyarət olunub və önünə gül dəstələri qoyulub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir açıq elan olunub. Sonra “Əsrin müqaqviləsi”nə və Azərbaycanın neft sənayəsinin inkişafına həsr edilmiş sənədli filmə baxış keçirilib.

Tədbiri giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov bildirmişdir ki, 29 il bundan qabaq 1994-cü ilin sentyabr ayının 20-də Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliyi və dahiyanə fəaliyyəti nəticəsində Bakıda Azərbaycan və dünyanın 8 müxtəlif ölkəsini təmsil edən 13 məşhur neft şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və Günəşli yataqlarının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəkilində bölüşdürülməsi” haqqında saziş –“Əsrin müqaviləsi”  imzalandı. Bu il 100 illik yubileyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin əsrin müqaviləsinin bağlanmasında misilsiz rolu vardır. Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qaydışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev Azərbaycanı siyasi böhrandan çıxarmaqla yanaşı, iqtisadi böhrandan da çıxarmaq üçün öz ideyalarını həyata keçirməyə başladı. Dahi Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi bu sözlər gerçəkliyə çevrilir: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl 21-ci əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, 21-ci əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”. Hazırda ölkəmiz Ulu Öndərin qeyd etdiyi bu xoşbəxt dövrü yaşamaqdadır.

Daha sonra tədbirdə çıxış edən Milli Məclisin deputatı Arzu Nağıyev, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri Xəqani Qasımov, Azaflı kənd tam orta məktəbin direktoru Adil Əsgərov, İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbin müəllimi Ulduzə Alıyeva milli sərvətlərimizdən müstəqil dövlətimizin və xalqımızın rifahı naminə istifadə olunması, bu məqsədlə xarici investisiyaların cəlb olunması üçün cəsarətli siyasi addımlar atıldığını bildirdilər. Qeyd olundu ki, Azərbaycan ilk dəfə idi ki, altı ölkəni təmsil edən dünyanın məşhur 10 xarici neft şirkəti ilə belə böyük miqyasda saziş imzalayırdı. Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. "Əsrin müqaviləsi" həm də Azərbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi.

 

Keçidlər