Tovuzda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Vətən müharibəsi şəhidlərinin ailələrinə bayram sovqatları çatdırılıb
10 iyul 2022 | 21:43
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə Tovuzda Vətən müharibəsi şəhidlərinin ailələrinə bayram sovqatları paylanılıb.
Vətən müharibəsi şəhidlərinin ailələrinə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Qurban bayramı münasibətilə təbrikləri çatdırılıb, qurban payları təqdim olunub.
Sovqatları qəbul edən ailələr bu təşəbbüsə görə hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz xoş arzularını və səmimi minnətdarlıqlarını ifadə ediblər.