Tovuzda Hərbi Hissədə Novruz bayramı qeyd olunub
Tovuz rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə Novruz bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hərbi komandirlər və hərbi hissənin şəxsi heyəti iştirak ediblər.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirələri bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək hərbi hissənin əsgər və zabitlərini Novruz bayramı münasibətilə təbrik edib, onlara can sağlığı, çətin və şərəfli vəzifələrində uğurlar arzulayıb.
Sonra Respublika Hərbi Prokurorluğunun şöbə rəisi, ədliyyə polkovniki Nihad Şıxəliyev və hərbi hissənin komandiri polkovnik İlqar Xasməmmədov çıxış edərək şəxsi heyətə öz təbriklərini çatdırıblar.
Bir qrup hərbi qulluqçu Tovuz rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr ilə təltif olunduqdan sonra bayram tonqalı yandırılıb.
Tədbir rayon mədəniyyət mərkəzinin işçilərinin konsert proqramı ilə davam edib.