Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

28 aprel 2023 | 18:08

Tovuz rayon Diaqnostika və Hemodializ Mərkəzində Tovuz rayon İcra Hakimiyyətinin, YAP Tovuz rayon təşkilatının və Tovuz rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Zərifə xanım Əliyevanın 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Tovuz RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Paşa Muradov və rayonun səhiyyə işçiləri iştirak ediblər.

Əvvəlcə Akademik Zərifə xanım Əliyevanın, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmiş və Zərifə Əliyevanın həyat-fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

 RİH başçısının müavini Təranə Bayramova çıxış edərək Akademik Zərifə Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçdiyini və əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verdiyini qeyd edib.

Daha sonra çıxış edənlər – YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Paşa Muradov və Diaqnostika və Hemodializ Mərkəzinin şöbə müdiri Kifayət Əhmədova görkəmli oftalmoloq Zərifə xanımın həyat və fəaliyyətindən bəhs etmiş, Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri barədə iştirakçıları məlumatlandırıblar.

 

 

Keçidlər