Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda "Gənclərin Yay Vətənpərvərlik düşərgəsi"nə start verilib

23 avqust 2022 | 11:25

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən "Gənclərin Yay Vətənpərvərlik düşərgəsi" ölkənin "Gənclər Paytaxtı" Tovuzda start götürüb.

Düşərgənin ilk günündə proqrama əsasən rəsmi açılış tədbiri və istedadlı gənclərin çıxışları ilə bədii hissə baş tutub.  Düşərgədə Vətən Müharibəsi Qəhrəmanları Vüsal Yaqubov və Azər Abdullazadə, Vətən müharibəsi qaziləri, sərhədyanı bölgələrin gəncləri, həmçinin şəhid və qazi övladları iştirak edir.

Düşərgədə iştirak edən gənclər "Canavarlar", "Aslanlar", "Şahinlər", "Mübarizlər" və "Qartallar" komandalarına bölünərək ilkin tanışlıq və təqdimatlar həyata keçirib.

Qeyd edək ki, "Gənclərin Yay Vətənpərvərlik düşərgəsi" avqustun 31-dək davam edəcək.

Keçidlər