Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda gənclərin “Yaradıcılıq emalatxanası” layihəsi həyata keçirilib

08 dekabr 2022 | 14:57

Tovuz rayon Nizami adına Mədəniyyət evində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Şuşa ili” və Tovuz “Gənclər Paytaxtı” Tədbirlər Planlarına müvafiq olaraq gənclərin “Yaradıcılıq emalatxanası” layihələri həyata keçirilmişdir.

“Şuşa yaradıcılıq emalatxanası”nda gənclər incəsənətin foto, rəssamlıq və telejurnalistika sahələri üzrə, “Tovuz yaradıcılıq emalatxanası”nda isə kino, teatr, rəqs və estrada ifaçılığı sahələri üzrə təlimlərdə iştirak etmişlər. Layihələrdə ümumilikdə 80-dən çox gənc iştirak etmişdir.

Layihələrin bağlanış konserti zamanı gənclər bir həftə ərzində öyrəndiklərini səhnədə nümayiş etdirmişlər.

 

Keçidlər