Tovuzda "Gənclərin Liderlik Akademiyası-2" layihəsinə start verilib
"Gənclərin Maarifləndirilməsinə Dəstək" ictimai birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə 13-18 may 2022-ci il tarixlərində Tovuzda keçiriləcək "Gənclərin Liderlik Akademiyası-2" layihəsinə start verilib.
2022-ci il üçün "Gənclər Paytaxtı" elan olunması ilə əlaqədar Tovuz rayonunda təşkil olunan layihə "Suyun Səsi" istirahət mərkəzində həyata keçirilir.
Layihənin açılış mərasimində giriş sözü ilə çıxış edən ictimai birliyin sədri Rüfət Qazizadə iştirakçıları salamlamış, layihə barədə ətraflı məlumat vermişdir. R. Qazızadə gənclərə dövlətçilik və vətənpərvərlik mövzusunda, eyni zamanda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun əldə etdiyi tarixi qələbə və dövlət başçısının həyata keçirdiyi gənclər siyasətinin gənclər üçün yaratdığı imkanlar barədə məlumat verib.
Sonra çıxış edən Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov, Gənclər Evinin direktoru Rauf Rüstəmov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tovuz nümayəndəliyinin direktoru Aytəkin Qurbanova öz çıxışlarında layihə iştirakçılarına rayonumuzda gənclər üçün yaradılmış şərait barədə məlumat vermiş, layihənin həyata keçirilməsi zamanı hər cür dəstək göstərilməsinə hazır olduqlarını bildirmişlər.
Tədbirdə 5 nəfər tovuzlu gənc ilə birlikdə, müxtəlif şəhər və rayolardan 90 nəfər gənc iştirak edir. Layihənin gedişatında gənclərin liderlik bacarıqlarının inkişafı yönündə çox saylı təlim və panel görüşlər keçiriləcək. Əlavə olaraq maraqlı oyunlar təşkil ediləcək. Düşərgənin sonunda təlimlərdə iştirak edən hər bir gənc sertifikat əldə edəcək.