Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda gənclər üçün “Gəncliyimiz” adlı yay düşərgəsi keçirilib

19 avqust 2022 | 11:30

Tovuz rayon Gənclər və İdman İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tovuz nümayəndəliyinin birgə təşkilatçılığı ilə rayon gəncləri üçün “Gəncliyimiz” adlı yay düşərgəsi keçirilib.

Rayon mərkəzindən və müxtəlif kəndlərdən gələn 20-dən çox gəncin iştirak etdiyi düşərgə rayonun Çatax kəndində baş tutub. Düşərgənin məqsədi rayon gənclərinin şəbəkələşməsi, asudə vaxtlarının səmərəli təşkili, bilik və bacarıqlarının artırılmasına töhfə verməkdən ibarətdir.

Düşərgənin gedişində keçirilən əyləncə oyunları ilə yanaşı gənclər tərəfindən komanda şəklində “İqlim dəyişikliyi və Tovuz”, “Tovuz gəncləri sosial şəbəkələrdə” və “Sahibkarlıq fəaliyyəti” mövzularında araşdırma aparılıb, qısa təqdimatlar hazırlanıb və adıkeçən mövzuların qarşılıqlı müzakirəsi keçirilib.

Keçidlər