Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda "Gənclər həftəsi" çərçivəsində tədbir keçirilib

31 yanvar 2023 | 16:22

"2 fevral – Azərbaycan Gəncləri günü" münasibətilə "Gənclər həftəsi" çərçivəsində Tovuz rayon Gənclər və İdman idarəsinin,YAP Tovuz rayon təşkilatının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan Gəncliyi" mövzusunda toplantı keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən və Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra toplantı açıq elan edilib.

Toplantıda çıxış edənlər – YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov,  rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov, Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova və Tovuz Peşə Liseyinin direktor müavini Sərxan Musayev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də layiqincə davam etdirilən Dövlət Gənclər siyasətinin uğurlarının cəmiyyətimizin bütün sahələrində özünü aydın şəkildə göstərdiyini qeyd edərək, dövlətimizin güclü inkişafı və beynəlxalq aləmdə möhkəmlənməsi üçün Heydər Əliyev ideyalarının və irsinin mütəmadi olaraq təbliğ olunmasının vacibliyini vurğulayıblar.

Tədbirin sonunda bir qrup aktiv rayon gəncinə hədiyyə və diplomlar təqdim olunub.

 

Keçidlər