Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda gənclər arasında dini radikalizmin profilaktikasına həsr olunmuş zona toplantısı keçirilib.

06 noyabr 2022 | 11:01

“Gənclər Paytaxtı” seçilmiş Tovuz rayonunda gənclər arasında dini radikalizmin profilaktikasına həsr olunmuş zona toplantısı keçirilib.

Tovuz Olimpiya İdman Kompleksində baş tutan toplantıda gənclər arasında maarifləndirmə və təbliğat işini gücləndirmək, mövcud vəziyyəti təhlil etmək və zəruru profilaktik tədbirləri müəyyənləşdirmək məqsədi ilə iştirakçılar 3 qrupa bölünərək müzakirələr aparıblar.

Daha sonra qruplar üzrə seçilmiş moderatorların müzakirələrin nəticələri ilə bağlı hesabatları dinlənilib. Tədbirdə qeyd edilən zonada dini radikalizmin vəziyyəti, gənclər arasında yayılmasının səbəbləri, qurumlararası əməkdaşlıq, Gənclər və İdman İdarələrinin, Gənclər evlərinin bu istiqamətdə fəaliyyətlərinin gücləndirilməsi kimi məsələlər müzakirə olub, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Toplantının yekunu olaraq, zona üzrə daha səmərəli və təsirli tədbirlərin keçirilməsi məqsədi ilə xüsusi fəaliyyət proqramı layihəsinin hazırlanması qərara alınıb.

 

Keçidlər