Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Gənc məzunların cəmiyyətə inteqrasiyası:Təhsil və məşğulluq yolu ilə Yeni Həyat Mümkünlükləri” mövzusunda tədbir keçirilib

03 dekabr 2025 | 14:24

O.Cabbarov adına Qovlar şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada “Gənc məzunların cəmiyyətə inteqrasiyası:Təhsil və məşğulluq yolu ilə Yeni Həyat Mümkünlükləri” mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Tovuz RİH başçısının müavini, İctimai-siyasi və humanitar  məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon üzrə təhsil sektorunun müdiri Aysel Quliyeva, Qazax-Tovuz Regional Məşğulluq Filialının Tovuz rayon şöbəsinin müdiri Vüsal Babayev, şagirdlər və məktəb kollektivi iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini, İctimai-siyasi və humanitar  məsələlər şöbəsinin müdiri Təranə Bayramova bildirmişdir ki, bu gün burada, çox mühüm bir mövzuya dair fikir mübadiləsi aparacaq, gələcəyimiz olan gənclərimizin cəmiyyətə inteqrasiyasını təmin edəcək məsələlərin müzakirəsini edəcəyik. Bizim müzakirə edəcəyimiz əsas mövzu, "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı" çərçivəsində dövlət uşaq müəssisələrinin məzunlarının cəmiyyətə inteqrasiyasıdır. Bu, yalnız dövlətin, cəmiyyətin deyil, həm də hər birimizin məsuliyyət daşıdığı bir məsələdir. Məqsədimiz, xüsusilə internat məktəblərindən məzun olan gənclərimizin həyatında müsbət dəyişikliklər yaratmaq, onlara gələcəkdə öz yerini tapmaq üçün hərtərəfli dəstək olmaqdır.

 Sonra Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon üzrə təhsil sektorunun müdiri Aysel Quliyeva, Təqdimat ilə Qazax-Tovuz Regional Məşğulluq Filialının Tovuz rayon şöbəsinin müdiri Vüsal Babayev, O.Cabbarov adına Qovlar şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın direktor müavini Naibə Kamalova, Uşaq Səfirlər Məclisinin Tovuz region üzrə nümayəndəsi Bahar Zeynalov və İbrahim Teymurov çıxış edərək bildirmişlər ki,hər bir uşaq, hansı mühitdə yetişməsindən asılı olmayaraq, öz potensialını ən yaxşı şəkildə inkişaf etdirmək hüququna malikdir. Bizim məqsədimiz, gənc məzunlarımıza cəmiyyətə inteqrasiya olunmaqda və həyatın bütün sahələrində uğur qazanmaqda kömək etməkdir. Hər bir uşağın və gəncin istedadı, gələcəyin formalaşmasında əhəmiyyətli rol oynayır.

Sonda xatirə şəkili çəkilib.

 

Keçidlər