Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda  “Gələcəyini düşün: erkən nikahın və qohum nikahının fəsadları” mövzusuda tədbir keçirilib

13 fevral 2026 | 16:03

A.Hüseynov  adına Aşağı Öysüzlü kənd  tam orta ümumtəhsil məktəbində “Gələcəyini düşün: erkən nikahın və qohum nikahının fəsadları” mövzusuna həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Əvvəlcə  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Tofiq Əliyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon üzrə təhsil sektorunun müdiri Aysel Quliyeva, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşı İlham Məmmədov, şagirdlər və məktəb kollektivi iştirak ediblər.

Tovuz Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Tofiq Əliyev Tovuz RİH başçısının adından tədbir iştirakçılarını salamlayaraq bildirib ki, erkən və qohum nikahları cəmiyyətin sağlam inkişafına ciddi maneə yaradan sosial problemlərdəndir. Erkən nikahlar yeniyetmələrin təhsildən yayınmasına, sağlamlıq problemlərinə, psixoloji gərginliyə və gələcək həyatlarının məhdudlaşmasına səbəb olur. Gənclərin təhsilli, savadlı və milli-mənəvi dəyərlərə sadiq vətəndaş kimi formalaşması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşmış, onların sağlam ruhda böyüməsini dövlətin gələcəyi kimi dəyərləndirmişdir. Bu siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı, gənclərin hərtərəfli formalaşması və onların hüquqlarının qorunması istiqamətində mühüm addımlar atılır. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən həyata keçirilən sosial və humanitar layihələr, xüsusilə uşaqların və qadınların hüquqlarının müdafiəsinə yönəlmiş təşəbbüslər cəmiyyətimizdə sağlam ailə modelinin təşviqinə böyük töhfə verir.

Sonra Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon üzrə təhsil sektorunun müdiri Aysel Quliyeva, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşı İlham Məmmədov və məktəbin direktoru Səhər İmamverdiyev çıxış edərək bildirmişlər ki, erkən və qohum nikahları həm qanunvericiliyə, həm də sağlam cəmiyyət prinsiplərinə ziddir. Qeyd olunmuşdur ki, bu cür halların qarşısının alınması üçün məktəb, ailə və hüquq-mühafizə orqanları birgə fəaliyyət göstərməli, yeniyetmələr mütəmadi olaraq maarifləndirilməlidir. Çıxışlarda şagirdlərə öz hüquqlarını bilmələri, təhsillərini davam etdirmələri və gələcəklərini düzgün planlaşdırmaları tövsiyə olunmuşdur.

Sonda mövzuya dair maarifləndirici videoçarx nümayiş etdirilmişdir.

 

  

 

Keçidlər