Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qurumlar arasında koordinasiyanın, qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda dəyirmi masa keçirilib

19 dekabr 2024 | 18:49

Tovuz rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qurumlar arasında koordinasiyanın, qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə  Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nın İƏD üzrə nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov əhalinin və ərazilərin fövqəladə hallardan qorunmasının, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunmasını, bu sahədə yarana biləcək risklərin müəyyən edilərək, aidiyyati qurumlarla qarşılıqlı müzakirənin aparılmasını vurğulayaraq, baş verə biləcək fövqəladə hallarla bağlı əvvəlcədən əhalinin məlumatlandırılmasının vacibliyini bildirdi.   

Tədbirdə  çıxış edən  Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov, Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi polkovnik Natiq Piriyev, Dövlət Yanğın Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğın Mühafizə Hissəsinin rəisi mayor Şahlar Əhmədov, Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Qərb Regional müfəttişliyinin rəisi Kənan Qasımov, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Tikinti müfəttişliyinin baş məsləhətçisi Bəybulud Hacıyev, Fövqəladə Halların monitorinqi və proqnozlaşdırılması sektorunun baş məsləhətçisi İlqar Quliyev çıxış edərək rəhbərlik etdikləri qurumların strukturu, fəaliyyət istiqamətləri, fövqəladə halların yaranma səbəbləri, növləri, qarşısının alınması vasitələri və yolları barədə ətrafı məlumat vermişlər.

Sonda fövqəladə hallarla bağlı qurumlar arasında qarşılıqlı fəaliyyətin təşkili ilə əlaqədar aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.

 

 

Keçidlər