Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda ət kəsimi və satışı ilə məşğul olan sahibkarlarla görüş keçirilib

02 avqust 2022 | 10:17

Tovuz rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Tovuz Regional Bölməsinin birgə təşkilatçılığı ilə Nizami adına Mədəniyyət evində qanunsuz ət kəsimi və satışı ilə mübarizə ilə bağlı tədbir keçirilib. Tədbirdə Tovuz RİH başçısı aparatının, AQTA-nın Tovuz regional bölməsinin və Tovuz rayon Polis şöbəsinin əməkdaşları, Tovuzda fəaliyyat göstərən ət kəsimi və satışı ilə məşğul olan sahibkarlar və ictimai iaşə obyektlərinin sahibləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə RİH başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Alı İbrahimov açaraq iştirakçılara təşkil olunan görüşün məqsədi barədə məlumat vermişdir. Alı İbrahimov bildirmişdir ki, qida təhlükəsizliyi sahəsində ölkə rəhbərliyi tərəfindən təsdiq edilmiş tələblərə və qaydalara riayət olunmalı, əhalinin sağlamlığına təhlükə yaradacaq bütün hallar aradan qaldırılmalıdır.

Daha sonra AQTA-nın Tovuz Regional bölməsinin rəisi Hüseyn Abdullazadə çıxış etmiş, ət kəsimi və satışı ilə bağlı müəyyən edilmiş norma və tələbləri iştirakçıların diqqətinə çatdırmış, yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində həll yollarını izah etmişdir.

Tədbir qarşılıqlı müzakirə şəraitində davam etmiş, iştirakçılar üçün maraqlı olan suallar cavablandırılmışdır.

Keçidlər