Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda əsgər Qurbanov Səid Ömər oğlu dəfn edilib

31 iyul 2023 | 22:41

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Qurbanov Səid Ömər oğlu Tovuz rayonunda dəfn olunub.

Doğulub boya-başa çatdığı Dondar Quşçu kəndinin qəbristanlığında torpağa tapşırılan Səid Qurbanovun ruhuna dualar oxunub, məzarı üstünə əklillər və tər qərənfillər qoyulub.

Hərbiçimiz ilə vida mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinlərin iştirak ediblər.

Dəfn mərasimin sonunda üçrəngli  Azərbaycan bayrağı Səid Qurbanovun atası Ömər Qurbanova təqdim olunub.

Allah rəhmət eləsin!

Keçidlər