Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda əsgər Namazov Nihad Kamrəddin oğlu dəfn edilib

14 sentyabr 2023 | 18:55

Sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Namazov Nihad Kamrəddin oğlu həlak olub.

Doğulub boya-başa çatdığı Qovlar şəhər qəbristanlığında dəfn olunan Nihad Namazovun ruhuna dualar oxunub, məzarı üstünə əklillər və tər qərənfillər qoyulub.

Vida mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.

Dəfn mərasimin sonunda üçrəngli  Azərbaycan bayrağı Nihad Namazovun atası Kamrəddin Namazova təqdim olunub.

Allah rəhmət eləsin!

Keçidlər