Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda əsgər Məmmədov Mehralı Novruz oğlu dəfn edildi

28 may 2022 | 09:19

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, Laçın rayonunda qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində vəfat edən əsgər 2003-cü il təvəllüdlü Məmmədov Mehralı Novruz oğlunun nəşi bu gün Tovuz rayonunda dəfn olunub.

Tovuz rayonunun Öskən kənd qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub, məzarı üstünə əklillər və tər qərənfillər qoyulub.

Vida mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dəfn mərasimin sonunda üçrəngli  Azərbaycan bayrağı təntənəli şəkildə Mehralı Məmmədovun atası  Novruz Məmmədova təqdim olunub.

Allah şəhidimizə rəhmət eləsin!

Keçidlər