Tovuzda Ərazi Partiya təşkilatında YAP-ın yaradılmasının 30-cu ildönümünə həsr edilmiş tədbir keçirilmişdir
Bu gün Tovuz rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət şöbəsi ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, YAP rayon təşkilatının sədri Nihad Pənahov, Ağstafa Regional Mədəniyyət idarəsinin Tovuz rayon üzrə nümayəndəliyinin baş məsləhətçi Adil Həsənov və partiya fəalları iştitak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzdəki büstü önünə gül dəstələri qoyaraq, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.
Tədbir açıq elan olunaraq Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə məruzə ilə çıxış edən Mədəniyyət şöbəsi ərazi partiya təşkilatının sədri Nərgiz Sabirli tədbir iştirakçılarını YAP-ın 30-cu ildönümü münasibətilə təbrik etmiş və bildirmişdir ki, partiyamız yaradıldığı gündən üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirmişdir. Əldə olunan uğurlar təbii ki partiyamızın qurucusu və ilk sədri olmuş Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün isə partiyamızın rəhbəri, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev bu siyasi kursu məharətlə davam etdirir. Ölkədə güclü quruculuq işləri sosial iqtisadi islahatlar aparılır, ölkənin bütün sahələrinin inkişafı üçün əməli addımlar atılır. Vətən müharibəsində tarixi Zəfərimizdə də Yeni Azərbaycan Partiyasının mühüm rolu olmuşdur. Partiyamız fəaliyyəti ilə sübut edir ki, həm dünənin, həm də bu günun partiyasıdır. Biz hər birimiz əminik ki, bu partiya Azərbaycanın güclü siyasi, iqtisadi inkişafı üçün təməlini qoyduğu hədəflərlə həm də gələcəyin partiyasıdır.
Tədbirdə YAP rayon təşkilatının sədri Nihad Pənahov çıxış edərək YAP-ın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərindən bəhs edərək bildirmişdir ki, 30 illik zəngin və şərəfli inkişaf yolu keçmiş YAP ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə etmişdir. Azərbaycanın bu günkü reallıqları keçdiyimiz 30 ilin ümumiləşdirilmiş ifadəsidir.
Ötən müddət ərzində şərəfli yol keçən, bütün çətinliklərdən uğurla çıxan partiya qarşıdakı dövrdə daha əzəmətli hədəflər seçmiş və ona doğru inamla irəliləyir. Zəngin dövlətçilik və idarəetmə təcrübəsinə malik olan, ömrünü və bütün fəaliyyətini öz xalqına və dövlətinə xidmətə həsr edən güclü liderin, Heydər Əliyevin ətrafında yaranmış YAP bu gün də onun ideyalarını uğurla davam etdirir, Prezident İlham Əliyevin sədrliyi ilə çox böyük qələbələrə və zəfərlərə imza ataraq Yeni Azərbaycan Partiyas özünün 30-cu ildönümünü belə tarixi zəfər şəraitində qarşılayır.Bu münasibətlə tədbir iştirakçılarını təbrik edən N.Pənahov qeyd edib ki, bu partiyamızın ən şərəfli ildönümüdür.
Partiya fəalı Xəyal Nağıyev çıxış edərək bildirmişdir ki, qələbənin əldə olunmasında partiyamızın lideri İlham Əliyevin çox böyük məharətindən danışıb və partiyamızın yaradıcısı, Ulu Öndərimiz Heydər Əliyevin vaxtilə mənim başa çatdıra bilmədiyim işləri İlham Əliyev başa çatdıracaq kəlamının bu gün gercəkliyə çevrildiyindən qurur duyduqlarını bildirmiş və ulu Öndərin ideyalarının xalqımızı daim qələbələrə aparacağına əminliklərini ifadə etmişlər
Tədbirin sonunda Tovuz rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, 44 günlük Vətən müharibəsi iştirakçısı qazi Yasin Səməndərova hədiyyə, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.