Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Energetiklər Günü” qeyd olunub

20 oktyabr 2026 | 11:31

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 nömrəli Sərəncamı ilə hər il oktyabrın 20-si ölkəmizdə “Energetiklər Günü” peşə bayramı kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə Tovuz rayonunda da tədbir keçirilib.

Əvvəlcə Tovuz şəhərinin Mərkəzi Meydanında yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsinə ehtiram ifadə olunub.

Daha sonra Tovuz Rayon İcra Hakimiyyətinin inzibati binasında energetiklərin peşə bayramına həsr olunmuş tədbir keçirilib.

Çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov energetikləri peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu enerji strategiyası müstəqil Azərbaycanın enerji sisteminin formalaşmasında və inkişafında mühüm rol oynayıb. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilərək enerji infrastrukturunun yenilənməsi, elektrik enerjisi istehsalı və ötürülməsi imkanlarının genişləndirilməsi, əhalinin və iqtisadiyyatın etibarlı enerji təminatının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə zənginləşdirilir. İcra başçısı vurğulayıb ki, energetiklərin gündəlik fəaliyyəti əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasında, müəssisələrin normal iş rejiminin qorunmasında və rayonun sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət daşıyır. Bu məsuliyyətli sahədə çalışan əməkdaşların peşəkarlığı, zəhməti və üzərlərinə düşən vəzifələri vicdanla yerinə yetirmələri xüsusi təqdirəlayiqdir.

Tədbirdə energetiklərin əməyinə verilən qiymətin onların gələcək fəaliyyətinə əlavə stimul yaratdığı qeyd olunub, bütün sahə əməkdaşlarına möhkəm cansağlığı, ailə səadəti və işlərində yeni nailiyyətlər arzulanıb.

Sonda peşə bayramı münasibətilə bir qrup şəxslər Tovuz Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları və hədiyyələri ilə təltif olunub.

 
Keçidlər