Tovuzda Əmək Yarmarkası keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq Filialının dəstəyi ilə Tovuzda əmək yarmarkası keçirilib.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak ediblər.
Tovuz Olimpiya İdman Kompleksində təşkil olunan əmək yarmarkasında işaxtaranlara “Saloğlu” fərdi firması tərəfindən 570 vakansiya təklif olundu.
Yarmarkada, həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib. İş üçün müraciət edən şəxslərin CV-ləri qəbul edilib, özünüməşğulluq proqramından yararlanmaq istəyən vətəndaşların qeydiyyatı aparılıb.