Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Əlimin əməyi yurdumun nemətləri” adlı satış sərgisi keçirilib

30 yanvar 2023 | 14:42

 Tovuz rayon Nizami adına Mədəniyyət evində Tovuz rayon İcra Hakimiyyətinin və “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İB-nin birgə təşkilatçılığı ilə “Əlimin əməyi yurdumun nemətləri” adlı satış sərgisi keçirilib.

Sərgidə Tovuz RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, AQSİA-nin İdarə Heyətinin sədri Səkinə Babayeva və regionda fəaliyyət göstərən sahibkar qadınlar iştirak ediblər.

“Əlimin əməyi yurdumun nemətləri” adlı satış sərgisində Gəncə, Daşkəsən, Naftalan, Göygöl, Gədəbəy, Şəmkir, Ağstafa, Qazax və Tovuz rayonlarından olan mikro və kiçik sahibkar qadınların əl işləri nümayiş etdirilmişdir.

Satış sərgisinin keçirilməsinin məqsədi qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviq olunması, biznes mühitinin yaradılması və əl işlərinin nümayiş etdirilməsidir.

Keçidlər