Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı qeyd edilib

23 may 2023 | 16:42
23 may – Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Yaşar Mustafayev, Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Məhəmməd Tağıyev və Regional Meşə Təsərrüfatı Mərkəzinin kollektivi Ümummilli Lider Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov peşə bayramı münasibətilə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin işçilərini və Regional Meşə Təsərrüfatı Mərkəzinin kollektivini təbrik edib, təbiətin qorunması və insanların sağlam mühitdə yaşaması naminə həyata keçirdikləri fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
Keçidlər