Tovuzda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə Ədliyyə işçilərinin və hakimlərin mənəvi stimullarının artırılması məqsədilə 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü olaraq təsis olunmuşdur.
Tovuz rayonunda da Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub. Bu məqsədilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Tovuz rayon Məhkəməsinin sədri Qafil Baxşıyev, hakimlər və Ədliyyə işçiləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək ruhuna dərin ehtiram bildirmiş, abidəsi önünə gül dəstələri qoymuşlar.
Məmməd Məmmədov Ədliyyə işçilərini təbrik edərək Ədliyyə orqanlarının dövlətçiliyimizin inkişafında müstəsna rolu olduğunu bildirmiş, ölkəmizdə qanunun aliliyinin təmin olunması işində onlara uğurlar arzulamışdır.
Sonda xatirə şəkli çəkilmişdir.