Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə bayram sovqatı paylanmışdır

27 dekabr 2022 | 20:15

Şəhid ailələri, Qarabağ müharibəsi  əlillərinə və aztəminatlı ailələrə dövlət tərəfindən qayğı hər zaman prioritet məsələlərdən biridir. Onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində sosial müdafiə tədbirlərinin həyata keçirilməsi cənab Prezident İlham Əliyev tərəfindən həmişə diqqət mərkəzində saxlanılır, onlara maddi və mənəvi dəstək göstərilir.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Tovuz rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan  şəhid ailələrinə, Qarabağ müharibəsi  əlillərinə və aztəminatlı ailələrə  ümumilikdə 956 ailəyə bayram sovqatı paylanmışdır.

Bayram sovqatı verilən ailələr onların sosial vəziyyəti ilə bağlı həyata keçirilən dövlət siyasətindən razılıqlarını ifadə etmiş, ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

 

 

Keçidlər