Şriftin ölçüsü :

Saytın rəngi :

 Tovuzda “Dövlət qulluqçularının peşə bayramı” günü qeyd olunub

23 iyun 2023 | 12:35

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə 23 iyun Dövlət qulluqçularının peşə bayramı günü kimi təsis olunub.

Tovuzda “Dövlət qulluqçularının peşə bayramı” günü münasibətilə tədbir keçirilib.

Tədbirdən əvvəl Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Tovuz RİH başçısı aparatının kollektivi və rayonda fəaliyyət göstərən dövlət müəssisələrində çalışan dövlət qulluqçuları Ulu Öndər Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad etmişlər.

Tədbirdə RİH başçısı Məmməd Məmmədov dövlət qulluqçularını peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək bildirib ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi Ümummilli Lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.

RİH başçısı Məmməd Məmmədov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinin rəisi Hüseyn Abdullazadəni təbrik edərək qeyd etmişdir ki, ölkə başçısının onun fəaliyyətinə verdiyi qiymət eyni zamanda Tovuz rayonunda çalışan bütün dövlət qulluqçularına göstərilən böyük ehtimaddır.

Sonda dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə fərqlənən bəzi dövlət qulluqçularına Tovuz rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.

Keçidlər